Əlaqə
Gəlin,
danışaq.
Ən sürətli yol WhatsApp-dır. Sayt sifariş etmək istəyirsinizsə, əvvəlcə qiyməti hesablayın — sorğunuz bütün detallarla bizə çatacaq.
Suallar
Yazmazdan əvvəl
Başlanğıc qiymətlər: landing page 179 AZN, şəxsi/portfolio saytı 249 AZN, biznes saytı 349 AZN, məhsul kataloqu 690 AZN, onlayn mağaza 1 890 AZN. Dəqiq məbləği səhifə sayı, dizayn səviyyəsi və funksiyalar müəyyən edir — kalkulyatorda dərhal görürsünüz.
İki mərhələdə: 50% iş başlayanda, 50% təhvildə. Hər layihə yazılı müqavilə ilə başlayır: iş siyahısı, qiymət və müddət əvvəlcədən yazılır. Ödəniş nağd və ya bank köçürməsi ilə.
Hosting (paketə uyğun plan), SSL, korporativ e-poçt (paketə görə), gündəlik backup, işləmə monitorinqi, təhlükəsizlik yeniləmələri və kiçik məzmun dəyişiklikləri. Aylıq: landing 20, portfolio 20, biznes 29, kataloq 49, mağaza 99 AZN.
Xeyr. Domen sizin adınıza alınır və illik ödənilir: .az — 50 AZN, .com / .net / .org — 35 AZN. Qeydiyyatı və DNS ayarlarını biz edirik. Domeniniz varsa, pulsuz qoşuruq.
Bu, ilkin hesablamadır. Yekun qiymət detallar dəqiqləşəndən sonra yazılı təklifdə təsdiqlənir. Adətən fərq olmur və ya çox kiçik olur.